Sunday, 25 September 2022, 06:33:41 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib İƏT Pİ Konfransında iştirak etmişdir

Baş katib Altınbek Mamayusupovun rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 13-14 mart, 2019-cu il tarixlərində Mərakeşin Rabat şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü Sessiyasında müşahidəçi qismində iştirak etmişdir.

TÜRKPA üzv ölkələrindən olan nümayəndə heyətləri də Konfransda iştirak etmişdir. Türkiyə Respublikasının nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Mustafa Şentop rəhbərlik etmişdir.

Konfrans çərçivəsində Baş katib Mustafa Şentop, eləcə də Mərakeş Parlamentinin xarici işlər, milli müdafiə, islam məsələləri və XYM (xaricdə yaşayan mərakeşlilər) üzrə komitəsinin prezidenti cənab Youssef Gharbi, Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının icraçı katibi cənab Sergey Strelçenko, TÜRKPA üzv ölkələri nümayəndə heyəti üzvləri və digər vəzifəli şəxslərlə görüşmüşdür.