Saturday, 24 September 2022, 20:54:27 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Katiblik hüquq ekspertlәrinin iclasına ev sahibliyi etmişdir

21-22 fevral, 2019-cu il tarixində TÜRKPA-nın hüquqi bazasının təkmilləşdirilməsi üzrə hüquq ekspertlərinin ilk iclası Bakı şəhərində TÜRKPA-nın binasında keçirilmişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərindən olan ekspertlər, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri iclasda iştirak etmişdir.

İştirakçılar TÜRKPA-nın hüquqi sənədlərinin mövcud vəziyyətini nəzərdən keçirmiş və Reqlament, Katibliyin Əsasnaməsi və Seçki Müşahidəsinin yeni Əsasnaməsi kimi baxılmış hüquqi sənədlər üzrə müzakirələr aparmışdır.

Hüquq ekspertlərinin növbəti ikinci görüşünün 2019-cu ilin aprel ayının ikinci hissəsində keçirilməsi nəzərdə tutulmuşdur.