Saturday, 24 September 2022, 21:20:38 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qırğızıstan Xarici İşlәr Naziri ilә görüşmüşdür

Bişkekə işgüzar səfəri çərçivəsində 4 fevral, 2019-cu il tarixində Baş katib Altınbek Mamayusupov Qırğızıstan Respublikası Xarici İşlər Naziri cənab Çingiz Aydarbekov tərəfindən qəbul edilmişdir.

Cənab Aydarbekov parlament diplomatiyası vasitəsilə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsinə TÜRKPA-nın verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Türk əməkdaşlıq qurumları arasında sıx əməkdaşlığa olan ehtiyacı qeyd edərək cənab Aydarbekov Qırğızıstan Respublikasının Türk Şurasında sədrliyi dövründə Nazirliyin Assambleyanın fəaliyyətlərinə tam dəstək verəcəyini vurğulamışdır.

Öz növbəsində, cənab Mamayusupov TÜRKPA-nın fəaliyyətlərinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş və naziri təşkilatın gələcək fəaliyyətləri barədə məlumatlandırmışdır. Baş katib TÜRKPA-nın regionda fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməyə davam edəcəyini qeyd etmişdir.

Görüş zamanı tərəflər Parlament Assambleyası çərçivəsində əməkdaşlıq, 2018-ci ildə Joqorku Keneşin TÜRKPA-da sədrliyi ərzində həyata keçirilən tədbirlər, digər qurumlarla əməkdaşlığı müzakirə etmiş və Türk əməkdaşlıq gündəliyinin digər aktual məsələləri barəsində fikir mübadiləsi aparmışdır.

Həmçinin TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız görüşdə iştirak etmişdir.