Saturday, 24 September 2022, 20:01:43 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib TBMM Spikeri vә digәr rәsmilәrlә görüşmüşdür

19 dekabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin Spikeri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Binali Yıldırım Ankarada səfərdə olan Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir.

Tərəflər TÜRKPA-nın TBMM Sədrliyi çərçivəsində həyata keçiriləcək fəaliyyətləri müzakirə etmiş, eləcə də təşkilatın məqsəd və vəzifələri haqqında fikir mübadiləsi aparmışdır.

Bundan əlavə, Ankaraya səfəri zamanı Baş katib TBMM-in Xarici İşlər Komitəsinin sədri cənab Volkan Bozkır, TBMM-in Aparat Rəhbəri cənab Mehmet Ali Kumbuzoğlu və Türkiyə Xarici İşlər Nazirinin müavini cənab Yavuz Selim Kıran ilə görüşmüşdür.