Sunday, 25 September 2022, 06:06:53 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKSOY Daimi Şurasının 36-cı iclası Kastamonuda keçirilmişdir

Baş katib 18 dekabr, 2018-ci il tarixində Kastamonuda keçirilən TÜRKSOY Daimi Şurasının 36-cı iclası və "Kastamonu - Türk dünyasının mədəniyyət paytaxtı 2018" qapanış mərasimində iştirak etmişdir. İclas nazirlər, parlamentarilər, beynəlxalq təşkilat nümayəndələri ilə yanaşı, Türk dünyasının müxtəlif regionlarından qonaqları bir araya gətirmişdir.

Açılış çıxışlarının ardınca, Daimi Şura gündəliyin maddələrini müzakirə etmiş və bir neçə mühüm qərarlar qəbul etmişdir. Oş şəhəri (Qırğızıstan) 2019-cu il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bundan əlavə, 2019-cu il anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi ili və anadan olmasının 125-ci ildönümü şərəfinə məşhur türk el sənətkarı və şairi Aşık Veysel ili elan edilmişdir.

İclas "Kastamonu - Türk dünyasının mədəniyyət paytaxtı 2018" qapanış mərasimi ilə davam etmişdir.