Sunday, 25 September 2022, 06:54:10 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda Beynәlxalq Miqrant Günü qeyd edilib

2018-ci il dekabrın 18-də Dövlәt Miqrasiya Xidmәti, Ombudsman Aparatı, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi və Birləşmiş Millətlər Təşkilatının birgә əməkdaşlığı çərçivəsində Beynәlxalq Miqrant Gününә və “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə hәsr edilmiş tәdbir keçirilib.

Tədbirin açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ombudsman Elmira Süleymanova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam İsaczai və BMqT-nın Azәrbaycandakı nümayәndәliyinin rәhbәr əvəzi Meltem Ersan və digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.

Bildirilib ki, ötən müddət ərzində ölkəmizdə miqrasiya sahəsində görülən işlər nəticəsində miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər daha da genişləndirilib. Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb.

Sonda qısametrajlı “Yad” filmi nümayiş olunub, “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə aid təqdimatlar dinlənilib.

TÜRKPA tədbirdə Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi Emin Həsənov tərəfindən təmsil olunmuşdur.