Saturday, 24 September 2022, 20:40:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda 6-cı Beynәlxalq Humanitar Forum işә başlamışdır

25 oktyabr, 2018-ci ildə Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimi ilə 6-cı Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

"Yeni Dünya və Yeni Bəşər Formalaşdırmaq: Yaradıcılıq və İnsan İnkişafı" şüarı ilə keçirilən 6-cı Bakı Beynəlxalq Humanitar Forumu 86 ölkədən və 24 beynəlxalq təşkilatdan olan 580 nümayəndəni bir araya gətirmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış etmişdir.

Rusiya Hökumətinin Sədr müavini Olqa Qolodets Forum iştirakçılarına Prezident Vladimir Putinin təbrik məktubunu oxumuşdur. BMT Baş katibinin müavini Raşid Xalikov, ISESCO Baş direktoru Abdulaziz Otman Altvaijri, YUNESKO Baş direktoru Çu Sin və Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron tədbirdə çıxış edənlər sırasına daxil olmuşdur.

Bakı Beynəlxalq Humanitar Forumuna təşəbbüs 2010-cu ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri tərəfindən göstərilmişdir. Forum müxtəlif mövzularda olan qlobal məsələlər barəsində dialoqlar, müzakirələr, fikir mübadilələri aparmaq məqsədilə elmin müxtəlif sahələrində dövlət xadimləri, Nobel mükafatı qalibləri, nüfuzlu beynəlxalq təşkilat rəhbərləri daxil olmaqla, dünyanın siyasi, elmi və mədəni elitasının məşhur nümayəndələri üçün illik platformadır.

Açılış nitqlərindən sonra Forum Plenar və panel iclaslarla davam etmişdir.

Həmçinin TÜRKPA Baş katibi Altınbek Mamayusupov açılış mərasimində iştirak etmişdir.