Sunday, 25 September 2022, 05:43:34 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk әmәkdaşlıq günü Türk Şurasının ev sahibliyindә qeyd olunmuşdur

23 oktyabr, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Ankarada "Türkdilli Ölkələrin Əməkdaşlıq Günü" münasibətilə keçirilmiş Qəbulda iştirak etmişdir.

Türk Şurasının ev sahibliyində təşkil edilən Qəbulda Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri cənab Mehmet Nuri Ersoy, Türkiyə Respublikası Xarici İşlər Nazirinin müavini cənab Yavuz Selim Kıran, Kastamonu Qubernatoru (Vali) cənab Yaşar Karadeniz, Ankara Böyükşəhər Bələdiyyəsinin Sədri Dr. Mustafa Tuna, Qalatasaray Universiteti Yüksək Fakültə üzvü Prof. Dr. İlber Ortaylı, eləcə də diplomatik xidmət nümayəndələri, yüksək vəzifəli türkiyəli rəsmilər və elm xadimləri iştirak etmişdir.

Türk Şurası Baş katibi cənab Bağdad Amreyevin salamlama nitqindən sonra tədbir Xarici İşlər Nazirinin müavini cənab Yavuz Selim Kıran və Qalatasaray Universiteti Yüksək Fakültə üzvü Prof. Dr. İlber Ortaylının çıxışı ilə davam etmişdir.