Thursday, 23 March 2023, 08:31:10 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Trabzonda TÜRKSOY tәdbiri keçirilmişdir

10 oktyabr, 2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümü münasibətilə Trabzonda TÜRKSOY çadırının açılış mərasimi və rəsm sərgisi keçirilmişdir.

Trabzon Böyükşəhər Bələdiyyəsi ev sahibliyində keçirilən tədbirdə Trabzon valisi (qubernator) cənab Yücel Yavuz, TÜRKSOY Baş katibi cənab Düsen Kaseinov, Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri cənab Orhan Fevzi Gümrükçüoğlu, Türkiyə rəsmi orqanları və türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər vəzifəli şəxslər iştirak etmişdir.

Mərasim "TÜRKSOY ilə 25 il" başlıqlı panel müzakirə ilə davam etmişdir. Həmçinin tədbirdə iştirak edən TÜRKPA Baş katibinin müavini cənab Naurız Aydarov panel müzakirədə çıxış etmişdir.