Thursday, 23 March 2023, 09:40:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Türk Şurası Baş katibi ilә görüşmüşdür

1 oktyabr, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Türk Şurasının yeni seçilmiş Baş katibi Səfir Bağdad Amreyevə nəzakət ziyarəti etmişdir.

Baş katib Mamayusupov vəzifələrinin icrasına başlaması münasibətilə cənab Amreyevi təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Hər iki baş katib öz təşkilatlarının fəaliyyətləri barədə məlumat verərək Türk əməkdaşlıq qurumlarının işinin təkmilləşdirilməsi və onlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparmışdır.