Thursday, 23 March 2023, 09:03:19 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TBMM üzvlәri TÜRKPA Katibliyini ziyarәt etmişdir

19 sentyabr, 2018-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının üzvləri TÜRKPA Katibliyini ziyarət etmişdir. Komissiya sədri cənab Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti cənab Mustafa Canbey, cənab Ali Şahin, cənab Ahmet Ünal Çeviköz, cənab Kamil Aydın və cənab Aydın Adnan Sezgindən ibarət olmuşdur.

Baş katib Altınbek Mamayusupov qonaqları salamlayaraq Komissiya üzvlərinə 2018-ci ilin noyabr ayında Türkiyədə baş tutacaq Səkkizinci Plenar İclasa və bu çərçivədə TÜRKPA-nın onuncu ildönümünün qeyd olunması ilə bağlı hazırlıq daxil olmaqla Assambleyanın cari və gələcək fəaliyyətləri barədə məlumat vermişdir. Həmçinin tərəflər Türk əməkdaşlığının gücləndirilməsi yolları üzrə fikir mübadiləsi aparmış və TÜRKPA çətiri altında üzv ölkələr arasında praktiki və məqsədyönlü əməkdaşlığa keçid ehtiyacını vurğulamışdır.