Sunday, 25 September 2022, 06:02:24 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Krans Montana Forumunun İllik Sessiyasında iştirak etmişdir

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov Krans Montana Forumunun Belçikanın Brüssel şəhərində təşkil olunmuş 29-cu İllik Sessiyasında iştirak etmişdir. Forum dövlət və hökumət rəhbərləri, nazirlər, beynəlxalq təşkilatlar, parlament üzvləri və dünyanın aparıcı iş adamlarını bir araya gətirmişdir.

Tədbir əsas cari çətinliklərin öhdəsindən gəlmək məqsədilə yeni Qlobal İdarəçiliyin yaradılmasına həsr edilmişdir: İqlim dəyişikliyi və onun ətraf mühitə təsiri, İqtisadiyyat və təhlükədə olan əhali, Terrorizmin geniş yayılması və ona qarşı mübarizə vasitələri, Qloballaşmaya qarşı mübarizə və onun mənfi təsirləri və s.

Krans Montana Forumunun 29-cu İllik Sessiyası münasibətilə Sabahın Xüsusi Programı üçün Yeni Liderlər sessiyası Rəqəmsal Dövrdə Etibar və Həqiqət mövzusuna həsr olunmuşdur. Müraciət olunmuş mövzular arasında "Texnologiya demokratiyalarımızı təhdid edən "informasiya müharibəsinə" yol açmışdır", "Dezinformasiya və saxta xəbərlərlə necə mübarizə aparmalı", "Dezinformasiyaya qarşı mübarizədə hökumətlər və sosial media necə birgə işləyə bilər" kimiləri olmuşdur. Beynəlxalq və Strateji Məsələlər üzrə Fransız İnstitutunun (İRİS) professoru cənab Fransua-Bernar Huyghenin moderatorluq etdiyi sessiyada Haitinin sabiq Baş naziri cənab Loren Lamot, Malta Milliyətçi Partiyasından olan sabiq Prezident cənab Simon Busutti, Media yaxınlaşması və Sosial Media rəhbəri cənab Paolo Çesarini və Universite Libre de Bruxelles-in kibertəhlükəsizlik üzrə professoru cənab Çarlz Cuvellies çıxış etmişdir.

Forum çərçivəsində Baş katib Krans Montana Forumunun Prezidenti cənab Pyer-Emmanuel Kirin və digər iştirakçılarla danışmışdır.

Sessiyanın proqramı üzrə 29 iyun tarixində Baş katib Avropa Parlamentində keçirilən Afrika Qadınlar Forumunun Xüsusi Proqramında iştirak etmişdir.

TÜRKPA və Krans Montana Forumu arasında əməkdaşlıq 2016-cı ildə Brüsseldə imzalanmış Anlaşma Memorandumu çərçivəsində inkişaf edir.