Saturday, 24 September 2022, 21:31:11 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidәçilәri Türkiyәdә keçirilәn prezident vә parlament seçkilәri ilә bağlı yekun rәy tәqdim etmişdir

TÜRKPA Beynəlxalq müşahidəçilәr missiyası Türkiyədə keçirilən prezident və parlament seçkilərinin müşahidəsinin nəticələrinə dair yekun rəy təqdim etmişdir.

Azərbaycan Milli Məclisinin üzvü cənab Əhliman Əmiraslanov missiya rəhbəri olaraq yekun rəyi təqdim etmiş və Türkiyə mediasının nümayəndələrini TÜRKPA-nın müşahidə proqramı haqqında qısa olaraq məlumatlandırmışdır. Missiyanın Qazaxıstandan olan üzvləri cənab Nurlan Dulatbekov, cənab Neriman Tureqaliyev, cənab Bekmırza Yelamanov, cənab Muxtar Jumaqaziyev və Qırğızıstandan olan cənab Maksat Sabırov və cənab Zakir Şarapov Türkiyədəki seçki prosesi və mühiti ilə bağlı fikirlərini bölüşmüşdür.

Missiya paytaxt Ankarada 40 dan artıq səsvermə məntəqəsini ziyarət etmiş və 3 məntəqədə səslərin sayılması prosesində iştirak edərək, məntəqə rəsmiləri və seçicilərlə söhbət aparmışdır.

Seçkidən bir gün əvvəl müşahidəçilər Yüksək Seçki Şurasının Sədri cənab Sadi Güvən və siyasi partiya nümayəndələri ilə görüşmüşdür. Bu görüşlər zamanı müşahidəçilərə seçkilərə hazırlıqlarla, eləcə də seçki platformaları və Türkiyənin aparıcı siyasi qüvvələrinin siyasəti haqqında ətraflı məlumat verilmişdir.

Missiya seçki idarəçiliyində hər hansı ciddi pozuntu aşkar etmədiyini və bundan əlavə, müvafiq orqanların resurslarla yaxşı təmin olunduğu və seçkilərin keçirilməsinə peşəkarlıqla hazırlaşdığını qeyd etmişdir.

TÜRKPA müşahidəçi Missiyası 24 iyun, 2018-ci ildə Türkiyə Respublikasında keçirilmiş prezident və parlament seçkilərinin Türkiyənin milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir.

YEKUN RƏY