Sunday, 25 September 2022, 05:42:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

QDİƏT PA 51-ci Plenar İclasını keçirmişdir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 51-ci Plenar İclası 19-21 iyun, 2018-ci ildə Albaniya Parlamentinin sədrliyi ilə Tiranada baş tutmuşdur.

Plenar İclas QDİƏT PA üzv ölkələrinin parlament nümayəndə heyətləri, QDİƏT PA-da müşahidəçi təşkilatlar və qonaq qurumları bir araya gətirmişdir. Sessiyanın əsas mövzusu "QDİƏT Üzv Ölkələrinin Parlamentləri: İqtisadi, Sosial, Mədəni və Ətraf Mühit İnkişafının Ortaq Çətinlikləri: Reallıq və Baxış" olmuşdur.

Baş katib Altınbek Mamayusupov QDİƏT PA-da müşahidəçi statusunda sessiyada iştirak etmiş və Avrasiya regionunun aparıcı parlamentlərarası təşkilatları arasında praktiki əməkdaşlığın aspektləri və onlar arasında funksional əlaqəliliyin saxlanması mövsuzunda çıxış etmişdir. Həmçinin Baş katib Türk dünyasının Qara dəniz regionuna bitişik olduğunu və bu coğrafi ərazidə bütün ölkələrin transmilli nəqliyyat və enerji layihələrində iştirak etdiyini qeyd edərək TÜRKPA ilə QDİƏT PA arasında geniş əməkdaşlıq potensialını vurğulamışdır.