Sunday, 25 September 2022, 06:16:48 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Üçüncü "Böyük Çöl" Humanitar Forumu Astanada baş tutmuşdur

18 iyun, 2018-ci ildə Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilmiş Üçüncü "Böyük Çöl" Humanitar Forumu Astana baş tutmuşdur. Humanitar forum Türk dünyasının bəşəriyyətdə rolu, onun mədəni və mənəvi dəyərlərini müzakirə etmək üçün intellektual platformadır.

Forum Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tacikistan, Monqolustan, Çin, Rusiya, Almaniya və digər ölkələrdən olan 250-dən çox alim və eksperti, eləcə də beynəlxalq təşkilat rəhbərləri, diplomatik korpus və dövlət qurumları nümayəndələri və tanınmış ictimai xadimləri bir araya gətirmişdir.

Forumun açılışını Beynəlxalq Türk Akademiyası Prezidenti cənab Darxan Kıdırali etmişdir. Açılış mərasimində, həmçinin Qazaxıstan Respublikası Dövlət Katibi xanım Gülşara Abdıkalikova, Qırğızıstan Respublikası Prezidentinin müşaviri cənab Sultan Rayev və Türkiyə Respublikası Prezidentinin müşaviri xanım Aygün Attar çıxış etmişdir.

Forumda iştirak edən Baş katib Altınbek Mamayusupovun moderatorluq etdiyi Plenar iclasda Qazaxıstan Respublikası Elmlər Akademiyası Prezidenti cənab Murat Jurinov, Monqolustan Elmlər Akademiyası Prezidenti cənab Reqdel Duqer, Türkiyə Dil Assosiasiyasının sədri cənab Mustafa Kaçalin, Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Azərbaycan Atatürk Mərkəzinin Direktoru cənab Nizami Cəfərov və Rusiya Elmlər Akademiyası Tarix və Filologiya Şöbəsinin Rusiya Türkoloqları Komitəsinin sədr müavini cənab Oleq Mudrak çıxış və təqdimatlar etmişdir.

Mükafatlandırma və imzalama mərasimindən sonra Forum "Böyük Çölün adının dirçəlişi", "Sivilizasiyalar və Şəhər Mədəniyyətinin Harmoniyası", "Türklərin Ədəbi Əlaqələri: Ənənələr və İnnovasiya", "Türkologiyanın Yeni İmkanları", "İnteqrasiyanın Elmi Aspektləri: İstiqamətlər və Gələcək" və "Türk Dövlətçilik Ənənələrinin Özünəməxsus Xüsusiyyətləri" başlıqlı 6 panel ilə davam etmişdir.