Sunday, 25 September 2022, 05:38:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın Fәaliyyәtdә olan Sәdri Ramazan bayramı münasibәtilә tәbrik ünvanlamışdır

Əziz həmvətənlər,

Qırğız Respublikası Joqorku Keneşi üzvləri adından Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Ramazan ayının müqəddəs dəyərlərindən biri bizim kömək və dəstəyimizə ehtiyacı olanların qayğısına qalmaqdır. Müqəddəs Ramazan ayı ərzində xeyirxah əməllərlə məşğul olmalı və mənfi fikirlərdən çəkinməliyik. Ramazan bağışlamaq və mərhəmət simvoludur.

Biz Ramazan ayını yaxşı niyyətlər və ümidlərlə qarşıladıq. Oruc Müsəlmanlara yenilənməyə, daxilən təmizlənməyə və həyata baxışını yenidən nəzərdən keçirməyə yardım edir.

Hər bir şəxsə xoşbəxtlik və rifah, dövlətə isə birlik və həmrəylik nəsib olsun! Müqəddəs Ramazan bayramı Qırğızıstana çiçəklənmə və rifah gətirsin! Ramazan bayramınız mübarək!

Hörmətlə,

Dastanbek Jumabekov

Qırğızıstan Respublikası Joqorku Keneşinin Torağası

www.kenesh.kg