Thursday, 23 March 2023, 07:54:23 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda 8-ci Şairlәr Günü tәşkil olunmuşdur

6 iyun, 2018-ci ildə Baş katib Altınbek Mamayusupov Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutmuş məşhur Azərbaycan şairi Mikayıl Müşfiqin 110-cu ildönümünə həsr olunmuş 8-ci Şairlər Günündə iştirak etmişdir.

Tədbir TÜRKPA və Gənc Şairlər Assosiasiyası, Elmi və Ədəbi Əsər Müəlliflərinin Peşəkar Təşkilatı (İLESAM), Mədəniyyət Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Azərkitab" kitab təşviqat mərkəzi və Dünya Gənc Türk Yazıçılar Assosiasiyası kimi qurumların təşkilatı dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən təşkil olunmuşdur.

Məşhur ictimai xadimlər, parlament üzvləri və alimlər tədbirdə iştirak etmişdir. Xəyal Rza tədbirdə açılış nitqi ilə çıxış etmiş, daha sonra isə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər qonaqlar çıxış etmişdir.

Daha sonra tədbir Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında sənədli filmlə davam etmişdir.

Tədbirdə Türk dünyasının mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində göstərdiyi mühüm fəaliyyətə görə Baş katib Altınbek Mamayusupov İLESAM sədri Mehmet Nuri Parmaksız tərəfindən təşəkkür plaketi ilə mükafatlandırılmışdır.