Azәrbaycan Demokratik Respublikasının yüzilliyi Bakıda rәsmi şәkildә qeyd olunmuşdur
28 may, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Bakıda Heydər Əliyev Mərkəzində baş tutmuş Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü münasibətilə baş tutmuş rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdir. Dövlət başçısı qəbulda çıxış edərək Azərbaycan dövlətçiliyinin 100 illik tarixinin mühüm məqamları və müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahələrdə nailiyyətlərini vurğulamışdır.
Qəbulda yüksək vəzifəli hökumət rəsmiləri, parlament üzvləri, məşhur ictimai xadimlər və Azərbaycanda diplomatik xidmət nümayəndələri iştirak etmişdir.