Thursday, 23 March 2023, 08:53:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Tullantıların İdarә Edilmәsi vә Geni Dәyişdirilmiş Orqanizmlәrin (GDO) Qanunvericilik vә Hәyata Keçirilmәsi üzrә Seminar

Tullantıların İdarә Edilmәsi və Geni Dәyişdirilmiş Orqanizmlәrin (GDO) Qanunvericilik və Hәyata Keçirilmәsi üzrә Seminar 16-18 aprel, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəstəyi ilə TÜRKPA tərəfindən İstanbulda təşkil edilmişdir. Seminarın keçirilməsində əsas məqsəd TÜRKPA üzv ölkələrində tullantıların idarə edilməsi və GDO üzrə ictimai maarifləndirmənin artırılması və müvafiq sahələrdə əməkdaşlığın gücləndirilməsi, eləcə də 2015-2030-cu illər üçün BMT Davamlı İnkişaf Məqsədlərində əks olunmuş müsbət nəticələrə nail olunması töhfə vermək olmuşdur.

Seminarda TÜRKPA üzv ölkələrindən millət vəkilləri və ekspertlər, o cümlədən, Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Türkiyə Ətraf Mühit və Urbanizasiya Nazirliyi, İstanbul Su və Kanalizasiya Administrasiyası (İSKİ) və İBB İstanbul Ətraf Mühitin İdarə Olunması Şirkətinin (İSTAÇ) nümayəndələri iştirak etmişdir.

Seminarın rəsmi açılış mərasimində TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin Sədri cənab Əhliman Əmiraslanov, TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının Sədr müavini, TBMM üzvü cənab Feyzullah Kıyıklık, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü xanım İrina Karamuşkina və TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov çıxış etmişdir.

Cənab Əhliman Əmiraslanov və cənab Feyzullah Kıyıklık sədrliyində iki sessiyadan ibarət olan seminar GDO və tullantıların idarə olunması üzrə qanunvericilik və həyata keçirilməyə həsr edilmişdir. Sessiyalar ərzində üzv ölkələrdən olan ekspertlər və Türkiyənin müvafiq nazirliklər və agentliklərinin nümayəndələri TÜRKPA üzv ölkələrində GDO və tullantıların idarə edilməsində cari vəziyyət üzrə təqdimatlar etmiş və müzakirələr aparmışdır. Ekspertlər qanunvericilik, institutional çərçivə, beynəlxalq əməkdaşlıq və digər məsələlər barəsində məlumat vermişdir.

İştirakçılar 2018-ci ilin sentyabr ayında Bişkekdə keçirilməsi nəzərdə tutulan TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının 4-cü iclasında təqdim edilməsi üçün seminarın hər sessiyasında yekun hesabatlar qəbul etmişdir. Yekun hesabatlarda Türkdilli ölkələrin bu məsələlərə böyük əhəmiyyət verməsi qeyd olunmuş və GDO, tullantıların idarə edilməsi, ətraf mühitin qorunması, eləcə də TÜRKPA çətiri altında əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş çoxsaylı tədbirlərin keçirilməsi üzrə birgə fəaliyyət ilə bağlı TÜRKPA üzv ölkələrinin iştirakı ilə regional vasitələrin işlənib hazırlanması üzrə müzakirə təşəbbüsü ehtiyacı vurğulanmışdır.

17 aprel, 2018-ci ildə proqramın praktiki hissəsi kimi seminar iştirakçıları İstanbul Su və Kanalizasiya Administrasiyası (İSKİ), Tullantı Sularının Təmizlənməsi Zavodu, Ataköy Təkmilləşdirilmiş Tullantı Sularının Təmizlənməsi Zavodu və İBB İstanbul Ətraf Mühitin İdarə Olunması Şirkətinin (İSTAÇ) qurğularında olmuşdur. Bu ziyarətlər ərzində iştirakçılara tullantı mərhələsindən son məhv edilməyədək (qarşısının alınması, təkrar istifadə, bərpa olunma, məhv edilmə) qanunvericilik və davamlılıq prinsipləri çərçivəsində tələb olunan strategiya, məqsəd, fəaliyyət, müşahidə və nəzarət prosesləri üzrə görülən tədbirlər barədə məlumat verilmişdir.