Thursday, 23 March 2023, 09:33:56 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

MDB Parlamentlәrarası Assambleyanın 47-ci Plenar İclası baş tutmuşdur

Müstəqil Dövlət Birliyi Parlamentlərarası İttifaqının (MDB PA) 47-ci Plenar İclası 13 aprel, 2018-ci ildə Sankt-Peterburq şəhərində Tavriçeski Sarayda baş tutmuşdur. Plenar İclasın əsas mövzusu Müstəqil Dövlətlər Birliyində mədəniyyət ilinə həsr edilmiş "Birlik ölkələrində mədəniyyətlərarası dialoq: vəziyyət, perspektivlər və hüquqi dəstək" olmuşdur.

MDB PA üzv ölkələrinin parlament nümayəndə heyətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri Plenar İclasda iştirak etmişdir. Gündəlik MDB PA daimi komissiyalarının hazırladıqları model qanunları əhatə etmişdir.

MDB PA Şurasının Sədri xanım Valentina Matviyenkonun açılış nitqindən sonra Sankt-Peterburq şəhərinin Qubernatoru cənab Georgiy Poltavçenko, Türkmənistan Mejilisinin Spikeri xanım Gülşat Mammedova, Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Volesi Jirqasının Spikeri cənab Abdul Rauf İbrahimi, Baltik Dənizi Parlament Konfransının Prezidenti cənab Yorgen Pettersson, ATƏT PA Baş katibi cənab Roberto Montella və Aralıq Dənizi Parlament Assambleyasının Prezident Emeritusu cənab Françesko Maria Amoruso çıxış etmişdir. İştirakçılar daimi komissiya üzvləri və ekspertlər tərəfindən hazırlanmış model sənəd layihələrini müzakirə etmişdir.

Həmçinin TÜRKPA Baş katibinin müavini cənab Naurız Aydarov Plenar İclasda iştirak etmişdir. İclas çərçivəsində cənab Aydarov qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə parlament nümayəndə heyətlərinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşmüşdür.

İclas sonunda MDB PA Şurası üzvləri iclasın yekunlarına dair mətbuat konfransı keçirmişdir.