"Kastamonu - 2018-ci il Türk Dünyasının mәdәniyyәt paytaxtı" açılış mәrasimi
21 mart, 2018-ci il tarixində Respublika Meydanında Novruz tonqalının alışdırılmasından sonra Türkiyə Baş Naziri cənab Binali Yıldırımın iştirakı ilə "Kastamonu - 2018-ci il Türk Dünyasının mәdәniyyət paytaxtı" rəsmi açılış mәrasimi baş tutmuşdur.
Kastamonu Valiliyi və Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində TÜRKSOY tərəfindən təşkil edilmiş tədbir Türkiyənin müxtəlif regionlarından olan qonaqlarla yanaşı nazirlər, parlamentarilər, diplomatik xidmət və beynəlxalq təşkilat nümayəndələri kimi geniş auditoriyanı bir araya gətirmişdir.
Öz çıxışında baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə təbriklərini çatdıran cənab Binali Yıldırım 21 mart tarixinin yalnız Kastamonunun Türk Dünyası Mədəniyyət Paytaxtı elan edildiyi gün deyil, eləcə də yalnız Türk Dünyasında deyil, o cümlədən, Şimal yarımkürəsinin əksər ölkə və regionlarında qeyd olunan Novruz bayramı günü olduğunu vurğulamışdır.
Açılış nitqlərindən sonra mərasim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan daxil olmaqla Türk dünyası, Rusiya Federasiyasından Altay, Başqırdıstan, Saxa Yakutiya, Dağıstan, Kabardino-Balkariya, Buryatiya, eləcə də Qaqauziya (Moldova), Makedoniya, Kosovo, Serbiya və Bosniya Hersoqovinadan olan sənət nümayəndələrinin rəngarəng tamaşaları ilə davam etmişdir.
Həmçinin TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız tədbirdə iştirak etmişdir.