Thursday, 23 March 2023, 08:12:50 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

ATƏTPA İpәk Yolu Dәstәk Qrupunun Konfransı Bakıda tәşkil edilmişdir

13 mart, 2018-ci il tarixində "İpək Yolu boyunca İqtisadi Əməkdaşlıq və Mədəni Əlaqələrin Gücləndirilməsində Parlamentarilərin Rolu" mövzusunda Beynəlxalq Konfrans Azərbaycan Milli Məclisi və ATƏT Parlament Assambleyası İpәk Yolu Dәstәk Qrupu tərəfindən Azərbaycanın paytaxtında təşkil edilmişdir. Konfransda ATƏTPA-nın yüksək dərəcəli üzvləri, eləcə də bir sıra Xarici İşlər Nazirləri, parlament sədrləri və beynəlxalq təşkilat rəhbərləri iştirak etmişdir.

Açılış mərasimində Azərbaycan Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov, ATƏTPA Prezidenti cənab Georgiy Tsereteli, Monqolustan Xarici İşlər Naziri və Monqolustanın ATƏTPA Nümayəndə Heyətinin rəhbəri cənab Damdin Tsogtbaatar, Milli Məclisin sədr müavini və Azərbaycanın ATƏTPA Nümayəndə Heyətinin rəhbəri Bahar xanım Muradova, ATƏTPA Vitse-Prezidenti cənab Azay Quliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Baş katibi cənab Asəf Hacıyev, Avropa, Qafqaz və Asiya Nəqliyyat Dəhlizi Hökumətlərarası Komissiyasının (TRACECA) Baş katibi cənab Mirçea Çiopraqa çıxış etmişdir.

Baş katib cənab Altınbek Mamayusupov Konfransda çıxış edərək "Etibar yaratma, mədəni mübadilə və dialoqun təşviqi" mövzusunda paneldə çıxış etmişdir. Çıxışında Baş katib bu yolun böyük bir hissəsini əhatə etdiyindən qədim İpək Yolunun canlandırılmasında Türkdilli ölkələrin mühüm rolunu vurğulamışdır. Həmçinin cənab Mamayusupov Yeni İpək Yolunun praktiki inkişafı üçün, ilk növbədə, qanunvericilik dəstəyinə ehtiyac olduğunu və TÜRKPA daxil olmaqla müxtəlif parlamentlərarası platformaların bu prosesə töhfə vermək üçün belə imkana malik olduğunu qeyd etmişdir.

Konfrans Bəyannamənin qəbulu ilə sona çatmışdır.