Thursday, 23 March 2023, 09:27:45 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Beynәlxalq Türk Dil(lәr)i Günü tәklifi üzrә müşavirә Ankarada baş tutmuşdur

Beynәlxalq Türk Dil(lәr)i Günü tәklifi üzrә müşavirə 9 mart, 2018-ci ildə Ankarada Türk əməkdaşlıq qurumları, Azərbaycan, Qazaxıstan, Qırğızıstanın UNESCO Milli Komissiyaları, diplomat və ekspertlərin iştirakı ilə UNESCO Türkiyə Milli Komissiyasının Ofisində baş tutmuşdur. TÜRKPA müşavirədə Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının katibi Saida Armina ilə təmsil olunmuşdur.

İştirakçılar Beynәlxalq Türk Dil(lәr)i Gününün qeyd olunması ilə bağlı fikir mübadiləsi aparmış və UNESCO-nun müxtəlif dillərin beynəlxalq günlərinin qeyd olunması üzrə mövcud təcrübəsinə istinad edərək müxtəlif təkliflər irəli sürmüşdür.

Tərəflər həmçinin Türk Dil(lәr)i Gününün tarixinin müəyyənləşdirilməsi, eləcə də onun terminologiyası və əsaslandırılması məsələlərini də müzakirə etmişdir. İlk növbədə, Türk əməkdaşlığının bütün üzv ölkələrinin məsələ ilə bağlı rəsmi təkliflərinin göndərilməsi qərara alınmışdır.

Həmçinin iştirakçılar iclas çərçivəsində Türk Dünyasının 2018-ci il Mədəniyyət Paytaxtı - Kastamonu şəhərini ziyarət etmiş və Kastamonu region valisi cənab Yaşar Karadeniz və Kastamonu şəhər meri cənab Tahsin Babaş tərəfindən qəbul edilmişdir.