Thursday, 23 March 2023, 08:31:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Ankarada görüşlәr keçirmişdir

Ankaraya səfəri çərçivəsində 21 fevral, 2018-ci ildə Baş katib Altınbek Mamayusupov Türkiyə Böyük Millət Məclisinin (TBMM) və TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü cənab Ekrem Erdem, TBMM Baş katibi cənab Mehmet Ali Kumbuzoğlu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Vitse-Prezidenti cənab Mehmet Süreyya Er və Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin (TDMMB) Baş katibi cənab İlyas Demirci ilə görüşlər keçirmişdir.

Görüş ərzində TBMM Baş katibi cənab Kumbuzoğlu və Baş katib cənab Mamayusupov ortaq fəaliyyət məsələləri və üzv parlamentlərin Baş katiblərinin iclasının təşkil edilməsinin mümkünlüyü haqqında danışmışdır.

TBMM üzvü cənab Erdem və Baş katib cənab Mamayusupov TÜRKPA-nın fəaliyyətinə dair məsləhətləşmələr, eləcə də Türk dünyasının dil, əlifba və mədəniyyəti ilə bağlı mövzular üzrə fikir mübadiləsi aparmışdır.

TİKA Vitse-Prezidenti ilə görüşündə Baş katib cənab Mamayusupov təşkilatlar arasında mövcud olan möhkəm tərəfdaşlığın əhəmiyyətini qeyd etmiş və TİKA-nın TÜRKPA-nın fəaliyyətinə göstərdiyi dəstək üçün cənab Erə təşəkkürünü bildirmişdir. Həmçinin tərəflər gələcəkdə mümkün birgə əməkdaşlıq haqqında danışmışdır.

Həmçinin cənab Mamayusupov TDMMB Baş katibi cənab Demirci tərəfindən şərəfinə verilən şam yeməyində iştirak etmişdir.