Thursday, 23 March 2023, 09:10:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib TBMM-dә görüşlәr keçirmişdir

22 fevral, 2018-ci ildə Baş katib cənab Altınbek Mamayusupov Ankaraya səfəri çərçivəsində Türk parlamentarilərlə bir sıra görüşlər keçirmişdir. Görüşlər TBMM üzvü, TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini cənab Feyzullah Kıyıklık, TBMM üzvü, TBMM Xarici Əlaqələr Komitəsinin sədri cənab Volkan Bozkır və TBMM üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri cənab Necdet Ünüvar ilə baş tutmuşdur.

Feyzullah Kıyıklık ilə görüş ərzində tərəflər hər ikisi cari ildə Türkiyədə keçiriləcək TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının qarşıdan gələn dördüncü iclasının gündəliyi və Tullantıların İdarə Olunması və GDO mövzusunda seminar barəsində fikir mübadiləsi aparmışdır.

Volkan Bozkır ilə görüşdə cənab Mamayusupov dörd üzv parlamentin Xarici Əlaqələr Komitələrinin birgə iclasının keçirilməsi təşəbbüsünü müzakirə etmişdir.

Necdet Ünüvar ilə görüşdə tərəflər TÜRKPA-nın hədəfləri və vəzifələri, eləcə də Assambleya fəaliyyətlərinin gözlənilən nəticələrini müzakirə etmişdir.

Görüşlərdən sonra Baş katib Türkiyə Böyük Millət Məclisinin Araşdırma Xidmətləri Şöbəsini ziyarət etmişdir.

Həmçinin TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız görüşlərdə iştirak etmişdir.