Thursday, 23 March 2023, 09:03:53 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TBMM Sәdri Baş katibi qәbul etmişdir

20 fevral, 2018-ci ildə Türkiyə Respublikası Böyük Millət Məclisinin Sədri cənab İsmail Kahraman TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupovu qəbul etmişdir.

Cənab Kahraman etnik, mədəni və tarixi bağlarla bağlı olan üzv ölkələrin regional inteqrasiyasının platforması və Türk əməkdaşlıq qurumlarının bir hissəsi kimi TÜRKPA-nın əhəmiyyətini vurğulamışdır. Həmçinin o üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafına Türkiyənin tam dəstəyini bir daha təsdiqləmiş və Assambleya çərçivəsində dörd ölkə arasında əlaqələrin genişləndirilməsində TÜRKPA Katibliyinin xüsusi rolunu qeyd etmişdir.

Baş katib cənab Mamayusupov TÜRKPA-ya göstərdiyi dəstək üçün Sədrə təşəkkür etmiş və Katibliyin 2018-ci il üçün fəaliyyət planı barədə ona məlumat vermişdir. Tərəflər TÜRKPA-nın Türkiyədə keçiriləcək 8-ci Plenar İclası və TÜRKPA-nın 10-cu ildönümünə həsr ediləcək tədbirlər barədə fikir mübadiləsi aparmışdır.

Həmçinin TBMM Xarici Əlaqələr və Protokol şöbəsinin müdiri cənab Cemalettin Tüney və TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız görüşdə iştirak etmişdir.