Baş katib Azәrbaycan Parlamentindә görüşlәr keçirmişdir
24 yanvar, 2018-ci ildə Baş katib Altınbek Mamayusupov Milli Məclisin Səhiyyə Komitəsinin Sədri, TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının Sədri cənab Əhliman Əmiraslanov və Milli Məclisin Gənclər və İdman Komitəsinin Sədri cənab Fuad Muradov ilə görüşmüşdür.
Əhliman Əmiraslanov ilə görüş ərzində Baş katib Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası çərçivəsində gələcək planlarla bağlı məlumat vermişdir. Tərəflər Komissiyanın fəaliyyəti ilə bağlı məsələləri və 2018-ci ildə keçirilməsi nəzərdə tutulmuş tədbirləri müzakirə etmişdir. Cənab Əmiraslanov TÜRKPA Katibliyinin təşəbbüslərini müsbət qiymətləndirmiş və müzakirə edilmiş layihələrə dəstəyini ifadə etmişdir.
Fuad Muradov ilə görüşdə tərəflər gənclər və idman məsələləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Baş katib və azərbaycanlı parlamentari hər ikisi TÜRKPA üzv ölkələri arasında müvafiq parlament komitələri çərçivəsində qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulamış və bu istiqamətdə bir sıra təkliflər irəli sürmüşdür. Eyni zamanda, cənab Muradov beynəlxalq səviyyədə fəaliyyətin əhəmiyyətini qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini vurğulamış və bu istiqamətdə TÜRKPA fəaliyyətlərinə dəstək verməyə hazır olduğunu ifadə etmişdir.