Wednesday, 29 March 2023, 07:01:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

İƏT Pİ 13-cü Sessiyasının işinә başlamışdır

16 yanvar, 2018-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransı İran İslam Respublikası Parlamentinin ev sahibliyində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində öz 13-cü Sessiyasının işinə başlamışdır. Baş katib cənab Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Konfransda müşahidəçi qismində iştirak edir.

Həmçinin TÜRKPA üzv dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri də Konfransda iştirak edir. Türkiyə Respublikası nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri cənab İsmail Kahraman rəhbərlik etmişdir.

Sessiya çərçivəsində cənab Mamayusupov cənab İsmail Kahraman, eləcə də TÜRKPA üzv ölkələrinin nümayəndə heyətlərinin üzvləri və digər vəzifəlilərlə görüşmüşdür.

2011-ci ildən TÜRKPA müşahidəçi qismində İƏT Pİ Konfransı və müvafiq tədbirlərdə iştirak edir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar