Wednesday, 29 March 2023, 08:34:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

BMqT Ofisinin rәhbәri TÜRKPA Katibliyini ziyarәt etmişdir

10 yanvar, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Missiyasının rəhbəri cənab Serhan Aktoprakla görüşmüşdür.

Tərəflər TÜRKPA və BMqT arasında əməkdaşlıq perspektivlərini müzakirə etmiş və iki təşkilat arasında dəqiq mexanizmlərə əsaslanan tərəfdaşlığın genişləndirilməsi ehtiyacını vurğulamışdır. Bütün TÜRKPA üzv ölkələrinin həmçinin BMqT üzvü olduğundan, cənab Aktoprak TÜRKPA-ya BMqT-də müşahidəçi statusunun verilməsinin əhəmiyyətini qeyd etmişdir. Öz növbəsində cənab Mamayusupov iki təşkilat arasında miqrasiyanın ətraf mühit çətinlikləri, su ehtiyatlarının qorunması və bu sahədə milli siyasətdə qabaqcıl təcrübənin tətbiqi kimi sahələrdə gələcək əməkdaşlıq üzrə bir sıra təkliflər irəli sürmüşdür.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar