Azәrbaycanın Xarici İşlәr Naziri Baş katiblә görüşmüşdür
29 dekabr, 2017-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir.
Baş katib Azərbaycanın beynəlxalq aləmdə artan rolunun Türk dünyası üçün bir model və qlobal dialoq üçün platforma ola biləcəyini qeyd etmişdir.
Görüş zamanı Baş katib TÜRKPA-nın ümumi tarixi, mədəni və etnik bağlarla bağlı olan ölkələrin əməkdaşlığının gücləndirilməsində əsas platforma kimi rolunu vurğulamış və bu əməkdaşlığın ümumi məqsədlərə çatmaqda, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində səylərin birləşdirilməsində çevik mexanizmlərə malik olduğunu qeyd etmişdir.
Assambleyanın gələcək fəaliyyətlərini müzakirə edərək və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi edərək hər iki tərəf TÜRKPA və digər parlamentlərarası qurumlar arasında əməkdaşlıq, o cümlədən, ən böyük beynəlxalq təşkilatlar çərçivəsində Türkdilli ölkələr arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi kimi məsələlərə toxunmuşdur.