Qazaxıstanın Mәclis Sәdri Baş katiblә görüşmüşdür
27 dekabr, 2017-ci il tarixində Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri cənab Nurlan Niqmatulin Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir.
Cənab Niqmatulin Altınbek Mamayusupovu Baş katib seçilməsi münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində ona uğurlar arzulamışdır. Sədr ümumi etnik, mədəni və tarixi bağlarla bağlı olan ölkələrin regional inteqrasiyasının bir platforması kimi TÜRKPA-nın əhəmiyyətini vurğulamışdır. O, həmçinin üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafına Qazaxıstanın tam dəstəyini bir daha təsdiqləmiş və Assambleya çərçivəsində dörd ölkə arasında əlaqələrin genişləndirilməsində TÜRKPA Katibliyinin oynaya biləcəyi rolu xüsusi vurğulamışdır.
Baş katib Mamayusupov TÜRKPA-ya hərtərəfli dəstəyinə görə Sədrə təşəkkür etmiş və ona 2018-ci il üçün Katibliyin planları və öhdəlikləri haqqında məlumat vermişdir. Cənab Mamayusupov Assambleyanın praktik və məqsədyönlü əməkdaşlıq etməklə TÜRKPA-nın fəaliyyətlərinin genişləndirilməsi ehtiyacını vurğulamışdır.
Həmçinin görüşdə Məclisin Beynəlxalq Məsələlər, Təhlükəsizlik və Müdafiə Komitəsinin Sədri cənab Maulen Aşimbayev də iştirak etmişdir.