İstanbulda TÜRKPA-ya üzv ölkələrin növbəti seminarı keçirilib
[/url][url="null"]www.azertag.az
İstanbul, 31 oktyabr, AZƏRTAC
İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) milli qanunvericiliklərin uyğunlaşdırılmasına dair IV seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin, Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın parlamentlərinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də Türkiyənin UNESKO üzrə Milli Komissiyasının rəhbərləri iştirak ediblər.
Seminarda Türkiyə və Azərbaycan parlamentləri tərəfindən təqdim edilən türk dünyası qeyri-maddi mədəni irsinin qorunması və turizmə dair layihələr müzakirə olunub.
Tədbir sessiyalarla davam etdirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul