Friday, 21 January 2022, 14:36:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının yeddinci iclası

8 aprel 2019-cu il tarixində, Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) ev sahibliyində keçirilmiş TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının yeddinci iclası üzv ölkələrdən olan parlamentarilər və ekspertləri bir araya gətirmişdir.

İclas gündəliyinin əsas maddəsi "Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş icmaları arasında hərtərəfli əməkdaşlıq" olmuşdur.

İclas Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü və TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının sədr müavini cənab Salaidin Aidarovun sədrliyi ilə keçirilmişdir. Üzv ölkələrdə innovasiyalar sahəsində hüquqi çərçivənin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edərək iştirakçılar üzv ölkələrin innovasiyalarla məşğul olan qurumları arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişafı ehtiyacını vurğulamış, eləcə də gənc sahibkarlar üçün əlverişli şəraitin yaradılması, elmi araşdırma qurumlarının əməkdaşlarına qabaqcıl təlimlərin keçilməsi və yeni texnologiyaların istehsalda tətbiqi mövzularında fikir mübadiləsi aparmışdır.

Komissiya TÜRKPA-nın 2019-cu ildə Azərbaycanda baş tutacaq 9-cu Plenar İclasına təqdim edilməsi üçün hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir.

Həmçinin Komissiya iclası çərçivəsində TÜRKPA-nın 10-cu ildönümünə həsr edilmiş fotosərgi təşkil olunmuşdur.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar