Sunday, 02 April 2023, 16:23:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qazaxıstan Parlamenti Mәclisi Sәdri TÜRKPA Katibliyini ziyarәt etmişdir

2 fevral, 2018-ci ildə Qazaxıstan Respublikası Parlamenti Məclisi Sədri cənab Nurlan Niqmatulin və Azərbaycan Respublikası Milli Məclisi (Parlament) Sədri cənab Oqtay Əsədov TÜRKPA Katibliyini ziyarət etmişdir.

Vəzifəli şəxslər TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov və müvafiq olaraq Azərbaycan, Qazaxıstan və Türkiyə təmsilçiləri Baş katib müavinləri cənab Fuad Ələkbərov, cənab Naurız Aydarov və cənab Ali Yıldız tərəfindən qarşılanmışdır.

Qonaqlar Katibliyin foto stendi və məşhur müəlliflərin kitabları, Türk ölkələrinin dostluq və əməkdaşlığının əks olunduğu albomlar və milli simvolların göstərildiyi suvernirlərin nümayiş olunduğu yeni kitabxana ilə tanış olmuşdur.

Görüş ərzində Baş katib parlament sədrlərini TÜRKPA-nın cari və gələcək fəaliyyəti barədə məlumatlandırmış, xüsusən, qarşıdan gələn TÜRKPA-nın yaradılmasının 10-cu ildönümünü vurğulamışdır.

Ziyarətin sonunda cənab Nurlan Niqmatulin və cənab Oqtay Əsədov Katibliyin daxili həyətyanı sahəsində ağacəkmə mərasimində iştirak etmişdir.

Parlament sədrləri Azərbaycan-Qazaxıstan parlament dostluq qrupu üzvləri də daxil olmaqla hər iki ölkənin parlamentariləri tərəfindən müşayiət edilmişdir.