Thursday, 23 March 2023, 02:45:32 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın fәaliyyәtdә olan sәdri Katiblikdә olmuşdur

20 sentyabr, 2018-ci ildə Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Dastanbek Jumabekov TÜRKPA Katibliyini ziyarət etmişdir. Sədri hər iki ölkənin Azərbaycan-Qırğızıstan parlament dostluq qruplarının üzvləri və Qırğızıstanın Bakıdakı diplomatik nümayəndələri müşayiət etmişdir.

Sədr TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov və Baş katibin müavinləri cənab Fuad Ələkbərov, cənab Naurız Aydarov və cənab Ali Yıldız tərəfindən qarşılanmışdır.

Ziyarət çərçivəsində sədr Katibliyin binası və kitabxananı gəzmiş, eləcə də Katibliyin daxili həyətində ağacəkmə mərasimində iştirak etmişdir.

Cənab Jumabekov Azərbaycan və Qırğızıstanın millət vəkilləri, Baş katib və müavinlərinin iştirakı ilə qısa iclas keçirmişdir. İclas zamanı sədr Türk əməkdaşlığının perspektivləri və bu əməkdaşlığın səmərəli inkişaf etdirilməsinə ehtiyac olan istifadə olunmamış potensialı haqqında danışmışdır.

Baş katib Qırğızıstan Parlamenti başçısına 2018-ci ilin noyabr ayında Türkiyədə baş tutacaq və həmçinin TÜRKPA-nın 10-cu ildönümünün qeyd olunacağı Səkkizinci Plenar İclasa hazırlıq daxil olmaqla TÜRKPA-nın cari və gələcək fəaliyyətləri barədə məlumat vermişdir.

İclasın sonunda cənab sədr Azərbaycan kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.