Tuesday, 04 October 2022, 16:41:44 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Sədr

cənab Talant MAMITOV

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Jogorku Keneşinin sədri

14 mart 1976-cı ildə Cəlal-Abad vilayətinin Mayluu-Suu şəhərində anadan olub.

Ali təhsillidir.

1993-cü ildə C. Balasaqın adına Qırğız Milli Universitetinin hüquq fakültəsinə daxil olub.

2000-ci ildə Batken Vilayəti Prokurorluğunun qanunların icrasına və hüquqi aktların qanuniliyinə nəzarət şöbəsində prokuror vəzifəsində işə başlayıb.

2001-2002-ci illərdə Cəlal-Abad Vilayəti Prokurorluğunun məhkəmə qərarlarının qanunlara uyğun olmasına nəzarət şöbəsində prokuror vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Cəlal-Abad Şəhər Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

2004-2005-ci illərdə Çatkal Rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilib.

2005-2006-cı illərdə Qırğız Respublikası Baş Prokurorluğunun təşkilati təminat və beynəlxalq əlaqələr idarəsinin şöbə prokuroru vəzifəsində çalışıb.

2006-cı ilin aprelindən dekabr ayına qədər Çuy Vilayətinin İssıkatin Rayon prokurorunun müavini vəzifəsində fəaliyyətini davam etdirib.

2006-2007-ci illərdə Cəlal-Abad Vilayətinin Suzak Rayon prokurorunun müavini təyin edilib.

2007-2009-cu illərdə Cəlal-Abad Vilayətinin Toquz-Torous Rayon prokuroru vəzifəsində çalışıb.

2010-cu ildə Ata-Jurt siyasi partiyasından Qırğız Respublikası Joqorku Keneşinin 5-ci çağırış deputatı seçilib.

2015-ci ildə Respublika-Ata Jurt siyasi partiyasından Qırğız Respublikası Joqorku Keneşinin 6-cı çağırış deputatı seçilib.

4 noyabr 2020-ci ildə Qırğız Respublikasının Joqorku Keneşinin sədri vəzifəsinə seçilib.

2021-ci ildə “Intımak” siyasi partiyasından Qırğız Respublikası Joqorku Keneşinin 7-ci çağırış deputatı seçilib.

29 dekabr 2021-ci ildə Qırğız Respublikasının Joqorku Keneşinin sədri vəzifəsinə seçilib.

Ailəlidir, dörd övladı var.