A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi İstanbul və Kiyevə səfər etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:38:17 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi İstanbul və Kiyevə səfər etmişdir

06.12.2013 13:32
3-6 dekabr 2013-cü il tarixlərində TÜRKPA Baş Katibi cənab Jandos Asanov İstanbul və Kiyevdə səfərdə olmuşdur. 4 dekabr 2013-cü il tarixində QDİƏT PA-nın Qərargahında Baş Katib cənab Kyrylo Tretiak ilə görüşmüşdür. Görüşdə cənab Tretiak QDİƏT PA-nın 17-19 Dekabr tarixlərində Tbilisidə keçiriləcək Baş Assambleyasının 42-ci iclasında TÜRKPA-nın müşahidəçi qismində iştirakı üçün olan dəvəti təstiqləmişdir.
4 dekabrda isə TÜRKPA Baş Katibi İstanbulda Xəzər Strateji İnstitutu tərəfindən təşkil olunmuş Xəzər Forumunun açılış sessiyasında iştirak etmişdir. Tədbir çərçivəsində cənab Asanov Xəzər Strateji İnstitutunun Baş Katibi cənab Haldun Yavaş, həmçinin İnstitutun digər ekspertləri ilə danışıqlar aparmışdır.
Eyni gündə cənab Asanov Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Baş Katibi cənab Mustafa Başkurt ilə görüşmüşdür.
ATƏT-in Ukrayna Sədrliyinin dəvəti ilə TÜRKPA Baş Katibi 5-6 dekabr 2013-cü il tarixində Kiyevdə keçirilən ATƏT-in Nazirlər Şurasının 20-ci toplantısında iştirak etmişdir. Burada cənab Asanov bir sıra toplantı iştirakçıları ilə ikitərəfli görüşlər keçirmişdir. Eyni zamanda Baş Katib Ukraynanın ATƏT-dəki səfiri və ATƏT-in Daimi Şurasının hazırkı Sədri cənab İhor Prokopçuk ilə də görüşmüşdür. Cənab Prokopçuk 19 dekabr 2013-cü il tarixində ATƏT –in Vyanada baş tutacaq Daimi Şurasının iclasına olan dəvət məktubunu Baş Katibə təqdim etmişdir.