A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

ATƏT Parlament Assambleyasında TÜRKPA üzv ölkələri nümayəndə heyətlərinin görüşü keçirilmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 19:06:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

ATƏT Parlament Assambleyasında TÜRKPA üzv ölkələri nümayəndə heyətlərinin görüşü keçirilmişdir.

20.03.2012 12:26
24 fevral 2012-ci il tarixində Vyanada keçirilmiş ATƏT PA-nın 11-ci qış sessiyası çərçivəsində ATƏT PA-da Qazaxıstan və Türkiyə nümayəndə heyətlərinin təşəbbüsü ilə TURKPA üzv ölkələri nümayəndə heyətlərinin görüşü keçirilmişdir.
Nümayəndə heyətləri ATƏT PA-nın fəaliyyətləri çərçivəsində TURKPA üzv ölkələrinin qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşmüş və TURKPA üzv ölkələri arasında hərtərəfli əməkdaşlığın ATƏT PA-da ümumi maraq kəsb etən məsələlər barədə birgə münasibət bildirilməsinə töhfə verəcəyini qeyd etmişlər.
Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri cənab Emin Önen TURKPA adı altında ATƏT PA-da görüşün təşkil edilməsi ilə bağlı təşəbbüsü qəbul etdikləri üçün bütün nümayəndə heyətlərinə öz təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, bu istiqamətdə artıq ilk addım atıldı və gələcəkdə bu görüşlər Türkdilli ölkələr arasında parlametlərarası dialoqu inkişaf etdirəcəkdir.
Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq Münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri cənab Maulen Aşimbayev bu cür təşəbbüsün irəli sürülməsini çox yüksək qiymətləndirmiş və ilkin görüşün TURKPA üzv ölkələri arasında ATƏT PA-nın fəaliyyətləri çərçivəsində qarşılıqlı fəaliyyətin surətlənməsi üçün təməl yaratdığını vurğulamışdır. O, gələcəkdə ATƏT PA çərçivəsində mütəmadi olaraq bu kimi görüşlərin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, xanım Rəbiyyət Aslanova nümayəndə heyətlərini salamlamış və TURKPA üzv ölkələrinin birgə fəaliyyətinin ATƏT-in Türkdilli ölkələrin problem və qayğıları ilə daha yaxından tanış olmasına tohfə verəcəyini bildirmişdir.
Qırğızıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü xanım Roza Aknazarova Türkiyə və Qazaxıstan nümayəndə heyətlərinə bu təşəbbüs üçün öz minnətdarlığını bildirmiş və Qırğızıstanın həm TURKPA çətiri altında, həm də müxtəlif beynəlxalq formalarda Türkdilli ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində fəaliyyətləri dəstəklədiyini vurğulamışdır.
Bütün iştirakçılar TÜRKPA Beynəlxalq Katibliyi vasitəsilə qarşılıqlı əlaqə saxlamağı qərara almış və Katibliyə üzv ölkələr arasında ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətdə əlaqələndirici rolu həyata keçirməklə bağlı təlimat vermişlər. Nümayəndə heyətləri 2012-ci ilin iyul ayında Monakoda keçiriləcək ATƏT PA-nın İllik Sessiyasında növbəti görüşün gündəliyinin formalaşması ilə bağlı razılığa gəlmişlər. TÜRKPA Katibliyi bütün nümayəndə heyətlərini görülən işlər barədə məlumatlandıracaq və bu istiqamətdə zəruri hazırlıqlar görəcəkdir.