A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil ÇİÇEK TÜRKPA Baş Katibini qəbul etmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 20:50:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil ÇİÇEK TÜRKPA Baş Katibini qəbul etmişdir.

07.11.2013 11:20
6 noyabr 2013-cü il tarixində TBMM-in və TÜRKPA-nın fəaliyyətdə olan Sədri cənab Cemil ÇIÇEK TÜRKPA Baş Katibi cənab Jandos Asanovu qəbul etmişdir. Görüşdə Parlament Assambleyasının gündəliyi ilə bağlı məsələlərə baxılmış və TÜRKPA-nın iş planı müzakirə olunmuşdur.

Baş Katib qeyd etmişdir ki, TÜRKPA-nın fəaliyyətində əsas məqsəd üzv dövlətlərinin qanunverici orqanları tərəfindən müəyyən edilmiş ümumi məqsəd və vəzifələrin gələcək inkişafını təmin etməkdir.

Cemil ÇİÇEK TÜRKPA-nı Türkdilli ölkələrin əməkdaşlıq prosesinin parlament ölçüsü kimi qiymətləndirərək qeyd etmişdir ki, TÜRKPA Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış və bu Türkdilli dövlətlər arasında inteqrasiya prosesinə müsbət təsir göstərmişdir.

Eyni zamanda cənab J. Asanov Ankarada Qazaxıstanın Türkiyədəki səfiri cənab Janseit TUIMEBAYEV, AK Partinin Baş Katibi, TÜRKPA-nın Hüquqi məsələləri üzrə Komissiyasının Sədri cənab Haluk İPEK, TBMM-in millət vəkili xanım Ülker GÜZEL, TBMM Baş Katibi cənab İrfan NEZİROĞLU və digər məsul nümayəndələrlə bir sıra görüşlər keçirmişdir.