A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Milli Məclisin Əməkdaşları TBMM-də Təcrübə mübadiləsi proqramına qatılacaqlar - Turk-PA.org
Friday, 07 October 2022, 23:14:04 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Milli Məclisin Əməkdaşları TBMM-də Təcrübə mübadiləsi proqramına qatılacaqlar

04.11.2013 15:36
Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin əməkdaşları 3-9 noyabr 2013-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərində TÜRKPA-nın xətti ilə Türkiyə və Azərbaycan Parlamentləri arasında düzənlənəcək təcrübə mübadilə proqramına qatılacaq.
Heyəti Türkiyə Böyük Millət məclisinin Baş Katibi cənab İrfan NEZIROĞLU, İnsan Hüquqları Araşdırma Komitəsinin Sədri cənab Ayhan Sefer Üstün, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri cənab Necdet ÜNÜVAR, İnsan Hüquqları araşdırma Komitəsinin Sədr müavini Mustafa Sezgin TANRIKULU qəbul edəcək.

Əməkdaşlar TBMM-de İnsan Hüquqları Komitəsinin Ümumi tarixçəsi və Komitənin iş prinsipləri ilə tanış olacaqlar.

Eyni zamanda əməkdaşların Türkiyə Respublikasının Ədliyyə Nazirliyi və Konstitusiya məhkəməsində də bir sıra görüşlər keçirməsi nəzərdə tutulmuşdur.
Görüşlərdə bir sıra məsələlər, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin Türkiyə ilə bağlı qərarları müzakirə olunacaqdır.

Səfər zamanı əməkdaşlar Anadolu Mədəniyyət muzeyi və Anıtkabiri da ziyaret edəcəklər.