A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri ilə bağlı TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının mətbuat konfransı - Turk-PA.org
Friday, 07 October 2022, 23:51:30 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri ilə bağlı TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının mətbuat konfransı

10.10.2013 16:19
10 oktyabr 2013-cü il tarixində TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirmişdir.
TÜRKPA Baş katibi cənab Jandos ASANOV mətbuat konfransını açıq elan etmiş və TÜRKPA müşahidəçilərinə seçkiləri izləmək üçün yaratdıqları şəraitə görə Azərbaycan dövlət strukturlarına təşəkkür etmişdir.

TÜRKPA Müşahidəçilər Missiyasının rəhbəri, Türkiyə Parlamentinin üzvü cənab Haluk İPEK mətbuat nümayəndələrinə seçki monitorinqinin nəticələri barədə qısa məlumat vermiş və bu barədə rəyi təqdim etmişdir.

Cənab İPEK bildirmişdir ki, Missiya Prezident seçkilərinin qısa monitorinqini həyata keçirmiş və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Xarici İşlər Naziri və Mərkəzi Seçki Komissiyasının Sədri ilə görüşlər keçirmişdir.

TÜRKPA Missiyasının rəhbəri vurğulamışdır ki, seçki günü dinc və sabit şəraitdə keçmiş, Missiya heç bir beynəlxalq tələblərin pozuntusu və yayınma hallarını müşahidə etməmişdir. O əlavə etmişdir ki, bir sıra texniki çatışmazlıqlar istisna hallar kimi xarakterizə olunsa da, bütövlükdə seçki prosesinə mühüm təsir göstərə bilməz.

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası nəticəyə gəlmişdir ki, 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri, ümumilikdə, beynəlxalq seçki standartlarına uyğun şəkildə həyata keçirilmişdir.