A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın illik toplantısında iştirak edir. - Turk-PA.org
Friday, 07 October 2022, 23:16:48 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın illik toplantısında iştirak edir.

29.06.2013 11:30
29 iyun-3 iyul 2013-cü il tarixində TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İstanbulda keçiriləcək illik toplantısında iştirak edəcəkdir. TÜRKPA artıq üç ildir ki, qonaq statusu ilə ATƏT Pa-nın fəaliyyətlərində aktiv iştirak etməkdədir.


Səfər çərçivəsində TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.

Həmçinin ATƏT PA-nın illik Sessiyası çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin koordinatorluğunda, TÜRKPA üzv dövlətləri nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə birgə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirələrin növbəti mərhələsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur.

Səfərdə TÜRKPA Baş katibini, baş katibin müavini cənab Kürşad Melih Sarıarslan, beynəlxalq əlaqələr komissiyasının katibi cənab Emin Həsənov və adminstrativ və təşkilati işlər üzrə Departament müdiri katib cənab Ələsgər Ağayev müşayiət edəcəklər.

Eyni zamanda toplantı çərçivəsində TÜRKPA Baş Katibinin Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cəmil Çiçəklə görüşü nəzərdə tutulmuşdur.