TÜRKPA nümayəndə heyəti Gender Balansının Beynəlxalq Təhlükəsizliyinin Təkmilləşdirilməsi mövzusunda Avstraliyanın Adelaida şəhərində keçiriləcək ATƏT-Avstraliya Konfransında iştirak edəcəkdir.
13.03.2013 09:41
TÜRKPA Baş Katibi Cənab Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti 18-21 mart 2013-cü il tarixlərində Gender Balansının Beynəlxalq Təhlükəsizliyinin Təkmilləşdirilməsi mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak edəcəkdir. Konfransın məqsədi gender balansının təkmilləşdirilməsidir.
Müzakirələrin əsas mövzusu qadınlara qarşı zorakılıqla mübarizə, qadınların terrorist məqsədlər və insan alverinin bütün formalarında istismarının qarşısının alınması və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin təşviqi olacaqdır. Konfrans həmçinin təcrübədən çıxarılmış nəticələr və Asiya-Sakit Okean perspektivindən yaranan məsələlərlə bağlı fikir mübadiləsi üçün imkanlar yaradacaqdır.
Konfrans çərçivəsində TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Gender balansının qorunması və Qadınlara qarşı zorakılıqla mübarizədə beynəlxalq təşkilatların önəmi mövzularında çıxış edəcəkdir. Həmçinin, konfrans çərçivəsində TÜRKPA Baş Katibinin Türkiyənin ATƏT yanındakı daimi nümayəndəsi cənab Tacan İldem, ATƏT-in Baş Katibi cənab Lamberto Zannier və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulmuşdur.
Konfrans 19 mart 2013-cü il tarixində Flinders Universiteti tərəfindən “Struktur Dəyişikliyi Zamanı Etimadın Qurulması” mövzusunda təşkil olunmuş seminarla davam edəcəkdir.
Səfər zamanı TÜRKPA Baş Katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib cənab Anar Rəhimov müşayiət edəcəkdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
19
May
"Pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın artımının sabitləşdirilməsində KOS-ların innovativ fəaliyyəti" mövzusunda seminar – 19 may 2022-ci il, Qazaxıstan
20
May
İqtisadi Əməkdaşlıq Komissiyasının “Pandemiyadan sonrakı iqtisadiyyat: KOS-lara dövlət dəstəyi” mövzusunda 9-cu iclası – 20 may 2022-ci il, Qazaxıstan
24
May
"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfrans — 24-25 may 2022-ci il, Azərbaycan