A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovla görüşmüşdür - Turk-PA.org
Friday, 07 October 2022, 14:36:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovla görüşmüşdür

08.10.2013 18:38
Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasını qəbul etmişdir.

Görüşdə Məmmədyarov qısa zaman ərzində TÜRKPA-nın inkişaf etmiş parlamentlərarası quruma çevrildiyini qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, TÜRKPA Müşahidəçi Missiyasının fəaliyyəti Türkdilli Ölkələr arasında əməkdaşlığın inkişafında böyük əhəmiyyətə malikdir.

Nazir həmçinin qeyd etmişdir ki, həm hökumətlərarası, həm də parlamentlərarası səviyyədə institutlaşmış əməkdaşlıq türkdilli xalqların inkişafına öz tövhəsini verməkdədir.

Görüşdə iştirak edən TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının rəhbəri cənab Haluk İpek TÜRKPA-nın bu seçkiyə qədər Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak etdiyini də söyləmişdir.