A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov TürkPA Beynəlxalq müşahidəçilər missiyasını qəbul etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:01:23 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov TürkPA Beynəlxalq müşahidəçilər missiyasını qəbul etmişdir

08.10.2013 13:12
Oktyabrın 8-də Milli Məclisin sədri cənab Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə TürkPA Baş Katibi cənab Jandos ASANOV, TürkPA beynəlxalq müşahidəçilər missiyasının başçısı, Türkiyə Parlamentinin üzvü Haluk İPEK, Qazaxıstan Parlamentinin üzvü Ussengeldi MEDEUOV, Qırğızıstan Parlamentinin üzvü Karamat OROZOVA, Türkiyə Parlamentinin üzvləri Kadir Gökmen ÖĞÜT, Atila KAYA, TürkPA koordinatoru Serhat Bülent ERTEN iştirak etmişlər.

O. Əsədov prezident seçkilərinin hər bir ölkənin siyasi həyatında mühüm əhəmiyyətə malik hadisə olduğunu demişdir. Qeyd edilmişdir ki, seçkiləri müşahidə etmək üçün Azərbaycana 50 beynəlxalq təşkilatdan 40 minə yaxın müşahidəçi gəlmişdir.

Bildirilmişdir ki, Azərbaycan dövləti seçkilərin şəffaf və demokratik qaydalara uyğun keçirilməsi üçün bütün lazımi şəraiti yaratmışdır.
TürkPA nümayəndə heyətinin rəhbəri Haluk İPEK demişdir ki, bu seçkiyə qədər Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərində də müşahidəçi qismində iştirak etmişdir. Keçirilən hər seçkinin təcrübəsi Azərbaycanda demokratiyanın daha da inkişafı üçün şərait yaradır. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı siyasi sistemi də inkişaf edərək təkmilləşir.

Sonra nümayəndə heyətinin Qazaxıstan və Qırğızıstandan olan təmsilçiləri də çıxış etmiş, seçki ərəfəsindəki siyasi mühiti yüksək qiymətləndirmişlər.