A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Katibliyində Qazaxıstan Parlamentinin deputatı ilə görüş keçirilmişdir. - Turk-PA.org
Saturday, 08 October 2022, 00:10:11 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyində Qazaxıstan Parlamentinin deputatı ilə görüş keçirilmişdir.

20.03.2012 12:42
28 fevral 2012-ci il tarixində TÜRKPA Baş Katibi Ramil Həsənov təşkilatın ofisində Qazaxıstan Parlamenti Senatının keçmiş sədri, hal-hazırda senator olan cənab Oralbay Abdıkarimov ilə görüş keçirmişdir.
Qonağı salamlayan TÜRKPA Baş Katibi Assambleyanın tarixi, beynəlxalq parlament diplomatiyası sahəsində göstərdiyi fəaliyyəti, beynəlxalq təşkilatlar olan ATƏT, Avropa Parlamenti, Beynəlxalq Parlamentlər Birliyi, həmçinin parlamentlərarası institutlarla qarşılıqlı fəaliyyət sahəsində həyata keçirdiyi işləri, parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi, iqtisadi dialoqun inkişafı və gücləndirilməsi istiqamətində atılan addımlar barəsində geniş məlumat vermişdir.
Eyni zamanda Ramil Həsənov cari ilin iyun ayında Qırğızıstanın Bişkek şəhərində keçirilməsi nəzərdə tutulan TURKPA-nın III Plenar Sessiyasına hazırlıq prosesi ilə bağlı qonaqları məlumatlandırmışdır.
Həmçinin,TÜRKPA Baş Katibi qonaqları təşkilatın gələcək fəaliyyət planı və perspektivləri ilə bağlı ətraflı məlumatlandırmış, BMT Baş Assambleyasında TÜRKPA-ya müşahidəçi statusunun verilməsi istiqamətində işlərin aparıldığını qeyd etmişdir və gələcəkdə Türkmənistan və Özbəkistan milli parlamentlərinin təşkilata üzv olması üçün lazımi addımların atıldığını söyləmişdir.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar TÜRKPA-nın ölkələr arasında əlaqələrin genişləndirilməsinə, siyasi, mədəni, elm və təhsil sahələrində münasibətlərin inkişafına yeni tövhə verdiyini ifadə etmiş və Assambleyanın bundan sonrakı fəaliyyətində Qazaxıstanın hərtərəfli dəstək verəcəyini bildirmişlər.
Görüşdə, TÜRKPA baş katibinin müavini cənab Mels Semqaliyev və Qazaxıstan Səfirliyinin əməkdaşları iştirak etmişdir. Görüşün sonunda cənab Abdıkarimov TÜRKPA-nın şərəf dəftərinə ürək sözlərini yazmış, daha sonra xatirə şəkili çəkilmışdir.