A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TURKPA Baş Katibinin müavini “Astana 2012 Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində iştirak etmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 19:44:46 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TURKPA Baş Katibinin müavini “Astana 2012 Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində iştirak etmişdir.

20.03.2012 12:37
24 fevral 2012-ci il tarixində Astana şəhərində “Astana 2012 Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimi təşkil edilmişdir.

TÜRKSOY-un Baş Katibi cənab Düsen Kaseynov və Türkdilli ölkələrin mədəniyyət nazirlərinin iştirak etdiyi tədbirdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi cənab Halil Akıncı və TÜRKPA tərəfindən Baş Katibin müavini cənab Kürşat Melih Sarıarslan iştirak etmişdir.Səfər çərçivəsində tədbirə qatılan qonaqlar Qazaxıstanın Mədəniyyət naziri cənab Darhan Mınbayla görüşmüş və “Astana 2012 Türk Dünyası Mədəniyyət Paytaxtı Proqramı” ilə TÜRKSOY-un quruluşuna aid məsələləri müzakirə etmişlər.
Baş Katibin müavini cənab Kürşad Melih Sarıarslan vəzifəyə yeni təyin olunmuş Mədəniyyət nazirini TÜRKPA adından təbrik etmiş və Assambleyanın yaradılmasında Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin parlamentlər birliyinin qurulması ilə bağlı irəli sürdüyü təkliflərinin mühüm rol oynadığını xüsusilə qeyd etmişdir. Bununla yanaşı, TÜRKPA-nın keçən il yaradılmış dörd daimi Komissiyasından biri olan “Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komissiyası”na Qazaxıstan millət vəkili Qarifulla Yesimin sədrlik etdiyini bildirmiş və Qazaxıstanın mədəniyyət sahəsinə verdiyi önəmdən danışmışdır. Eyni zamanda, TÜRKPA olaraq üzv ölkələrin parlamentləri tərəfindən TÜRKSOY-un hüquqi quruluşuna aid məsələlərlə bağlı dəstəyin göstərilməsi istiqamətində görüləcək işlərin TÜRKPA-nın vəzifələri arasında yer aldığını vurğulamışdır.
TÜRKSOY-un koordinasiyasında keçirilmiş proqramda 2013-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı ünvanını təslim alacaq Eskişəhərin İcra hakimi Kadir Koçdemir və Eskişəhər Bələdiyyə Başçısı Yılmaz Büyükerşenlə bərabər bir çox Qazaxıstanlı senator və millət vəkilləri iştirak etmişdir.