A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Qırğızıstan Respublikası Xarici İşlər Nazirinin müavini ilə görüşmüşdür. - Turk-PA.org
Friday, 07 October 2022, 13:50:41 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Qırğızıstan Respublikası Xarici İşlər Nazirinin müavini ilə görüşmüşdür.

30.03.2012 07:59
29 mart 2012-ci il tarixində Qırğızıstan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Turatbek Junuşaliyev TÜRKPA Baş katibi cənab Ramil Həsənovu qəbul etmişdir.
Cənab Turatbek Junuşaliyev Qırğızıstanın türkdilli dövlətlətlərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu baxımdan Xarici İşlər Nazirliyi ilə TÜRKPA arasında mövcud qarşılıqlı əlaqələrin yüksək qiymətləndirildiyini qeyd etmişdir. Assambleya Şurasının TÜRKPA-nın III Plenar iclasının 2012-ci ildə Bişkek şəhərində keçirilməsi haqqında qərarının təqdirlə qarşılandığını və bununla əlaqədar Nazirliyin ciddi hazırlıq işləri apardığını bildirmişdir.
Səmimi qəbula görə öz minnətdarlığını bildirən TÜRKPA Baş katibi cənab Ramil Həsənov qarşılıqlı əlaqələrin daha da yüksək səviyyədə davam etməsindən məmnunluğunu bildirmiş və bu istiqamətdə təşkilatın aktiv şəkildə fəaliyyət göstərdiyini ifadə etmişdir. Baş katib TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitəsilə regionda və dünyada vacib əhəmiyyət kəsb edən təhlükəsizlik, sülh və demokratiyanın inkişafı prinsiplərinə önəm verdiyini qeyd etmişdir. Eyni zamanda TÜRKPA-nın parlamentlərarası münasibətlərlə yanaşı regional və digər beynəlxalq təşkilatlarla da münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. Təkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində dünyanın nüfüzlu beynəlxalq təşkilatları ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması istiqamətində qarşılıqlı proqramlar həyata keçirildiyini diqqətə çatdırmışdır.
TÜRKPA-nın III Plenar iclasına Katiblik tərəfindən hazırlıq işlərinin başlandığını, təşkilatın 2011-ci ildə təşkil olunmuş daimi komissiyalarının ilk iclaslarının ötən il keçirildiyini və Assambleya Şurasının iclasına komissiyalar tərəfindən layihə təkliflərinin hazırlandığını bildirmişdir.
Cənab Turatbek Junuşaliyev TÜRKPA-nın fəaliyyəti haqqında müntəzəm olaraq Katiblikdən məlumatların daxil olduğunu və onların Nazirlik tərəfindən hər zaman diqqətdə saxlandığını qeyd etmişdir. Təşkilatın səmərəli şəkildə fəaliyyət göstərdiyini, beynəlxalq imicinin yüksəldilməsi istiqamətində uğurla addımladığını bildirmiş, TÜRKPA-nın III Plenar iclasının yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyin göstəriləcəyini vurğulamışdır.
Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Bektemir Ziyadinov da iştirak etmişdir.