Baş katib Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür
14.02.2017 17:50
13 fevral 2017-ci il tarixində Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Aycigit Buranov TürkPA-nın yeni inzibati binasını ziyarət etmişdir. Görüş zamanı Baş katib Jandos Asanov 2016-cı ilin dekabrında TürkPA-nın yeni inzibati binasının açılış mərasimində iştirak edən Qırğızıstan, Qazaxıstan və Türkiyə parlament rəhbərlərinin səfərinin nəticələrini yüksək qiymətləndirmişdir.
16-17 fevral 2017-ci il tarixində Bişkekə səfəri çərçivəsində Baş katib Qırğızıstan Diplomatik Akademiyasında baş tutacaq mühazirəsinin təşkilində göstərdiyi köməyə görə Qırğızıstan səfirliyinə öz minnətdarlığını bildirmişdir.
Tərəflər həmçinin Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində Joqorku Keneşin rolunu müzakirə etmişdir.
Görüş Baş katibin adından verilən nahar yeməyi ilə davam etmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
19
May
"Pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın artımının sabitləşdirilməsində KOS-ların innovativ fəaliyyəti" mövzusunda seminar – 19 may 2022-ci il, Qazaxıstan
20
May
İqtisadi Əməkdaşlıq Komissiyasının “Pandemiyadan sonrakı iqtisadiyyat: KOS-lara dövlət dəstəyi” mövzusunda 9-cu iclası – 20 may 2022-ci il, Qazaxıstan
24
May
"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfrans — 24-25 may 2022-ci il, Azərbaycan