TürkPA-nın fəaliyyətdə olan sədri Çexiya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb
07.02.2017 18:10
6 fevral 2016-cı il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri - TürkPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin Qazaxıstanda rəsmi səfərdə olan Çex Respublikasının Deputatlar Palatasının sədri Yan Hamaçeklə görüşmüşdür.
Görüşdə Niqmatulin Çex Respublikasının Qazaxıstanın Mərkəzi və Şərqi Avropada əsas siyasi və iqtisadi tərəfdaşı olduğunu qeyd etmişdir. Sədr, həmçinin Qazaxıstana rəsmi səfərlə bağlı dəvət məktubunu qəbul etdiyi üçün Yan Hamaçekə təşəkkürünü bildirmişdir.
“Biz bu səfəri əldə edilmiş ikitərəfli münasibətlərin son illərdə yüksək səviyyədə təmin olunmasının sübutu kimi qəbul edirik”-deye Niqmatulin bu səfərin ölkələr arasında hərtərəfli əməkdaşlığa, xüsusilə parlamentlərarası əlaqələrə yeni təkan verəcəyini vurğulamışdır.
Tərəflər eyni zamanda Qazaxıstan Prezidentinin ölkənin daxili və xarici siyasətinə dair Müraciətinin əsas istiqamətlərini və konstitusiya islahatları layihəsini müzakirə etmişdir. Görüşdə tərəflər Astana və Praqa arasında qarşılıqlı və səmərəli əməkdaşlığın yüksək səviyyədə olan əlaqələr vasitəsilə qurulmasını vurğulamışdır. Dövlət başçılarının görüşü ölkələrin güvənli və konstruktiv əlaqələrinin inkişaf etdirilməsi istəyini, həmçinin fəal ikitərəfli əməkdaşlıq istiqamətində lazımi şəraitin yaradılmasının vacibliyini nümayiş etdirir.
Tərəflər 1 yanvar 2017-ci il tarixindən iki illik müddətdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq təşkilat çərçivəsində Qazaxıstanın fəaliyyətinə toxunmuşdur. Astanada keçirilən Suriya sülh danışıqlarının əhəmiyyəti də vurğulanmışdır. Parlamentarilər həmçinin Qazaxıstan və Avropa İttifaqı, eləcə də digər Avropa qurumları arasında genişləndirilmiş tərəfdaşlıq və mədəni-humanitar və ticarət-iqtisadi əməkdaşlığa dair məsələləri müzakirə etmişdir.
Bu və digər əsas məsələlər ətrafında müzakirə aparan palata sədrləri parlament amilinin əhəmiyyətini vurğulayaraq parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi və gücləndirilməsi yönündə çıxış etmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
19
May
"Pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın artımının sabitləşdirilməsində KOS-ların innovativ fəaliyyəti" mövzusunda seminar – 19 may 2022-ci il, Qazaxıstan
20
May
İqtisadi Əməkdaşlıq Komissiyasının “Pandemiyadan sonrakı iqtisadiyyat: KOS-lara dövlət dəstəyi” mövzusunda 9-cu iclası – 20 may 2022-ci il, Qazaxıstan
24
May
"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfrans — 24-25 may 2022-ci il, Azərbaycan